525.Az

Kritik informasiya infrastrukturu subyektləriylə əlaqədar yeni tələb müəyyənləşir


 

Kritik informasiya infrastrukturu subyektləriylə əlaqədar yeni tələb müəyyənləşir<b style="color:red"></b>

Kritik informasiya infrastrukturu obyektlərinin siyahısının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.

525.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçiriləm iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bundan başqa, qüvvədə olan qanuna görə, kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblər Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Qanun layihəsində isə provayderin özünə dair tələblərin də Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.

Layihəyə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.

 





27.03.2023    çap et  çap et