525.Az

İbrahimoviç millimizə qarşı oynamaya bilər


 

İbrahimoviç millimizə qarşı oynamaya bilər<b style="color:red"></b>

İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç Avro-2024-ün seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycanla oyunu buraxa bilər.

525.az İsveç Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu komandasının dünənki məşqində iştirak etməyib. İsveç millisinin baş məşqçisi Yanne Andersson bildirib ki, futbolçunun Azərbaycanla oyunda iştirak edib-etməyəcəyi ilə bağlı qərarı komandanın tibbi heyəti verəcək.

Xatırladaq ki, bu gün keçiriləcək İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

 





27.03.2023    çap et  çap et