525.Az

İranda ardıcıl iki zəlzələ baş verib


 

İranda ardıcıl iki zəlzələ baş verib<b style="color:red"></b>

İranın Fars və Elam əyalətlərində martın 26-da baş verən 4,2 və 4,7 bal gücündə iki zəlzələ Buşehr, Loristan və Xuzistan əyalətlərində də hiss olunub. 

525.az xarici mediaya istinadən xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Fars əyalətinin Həşt şəhərində olan 4,2 bal gücündə zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb. 

Yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin Buşəhr vilayətində də hiss olunduğu bildirilib. Digər tərəfdən, episentri İlam əyalətinin Murmuri şəhərində olan 4,7 bal gücündə zəlzələ yerli vaxtla saat 22:43-də qeydə alınıb. 

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, 18 kilometr dərinlikdə baş verən zəlzələ Loristan və Xuzistan əyalətlərində də hiss olunub. Zəlzələdən sonra can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Malik Atilay

 





27.03.2023    çap et  çap et