525.Az

Kuntz onun "Qarabağ"a qarşı oynamasına təəccüblənib


 

Kuntz onun "Qarabağ"a qarşı oynamasına təəccüblənib<b style="color:red"></b>

Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz baş ağrısı səbəbindən yığmanın heyətindən çıxarılan Abdülkarim Bardakçı haqda danışıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, o, 28 yaşlı müdafiəçinin "Qarabağ"a qarşı xeyriyyə matçında oynamağına təəccübləndiyini deyib: "Bazar günü düşərgəyə toplaşdıq və 4 günün 3 gününü xəstəxanada keçirdik. Nevrologiya şöbəsində həkim xanım bizə raport göndərdi və futbolçunun bir az dincəlməli olduğunu və iki həftəlik müalicənin lazımlığını bildirdi. Belə aydın raport olanda həkimlərə güvənmək lazımdır. Biz oyunçularımızı heç vaxt riskə atmamışıq. Onun dünən "Qarabağ"a qarşı oynamasına təəccübləndim. Oynaya biləcək səviyyədədirsə, bura gəlməsi bizim üçün daha yaxşı olardı".

Qeyd edək ki, A.Bardakçı "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri xeyriyyə matçında 46-cı dəqiqədə meydana daxil olub və sona kimi oynayıb.

 





27.03.2023    çap et  çap et