525.Az

Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxs həbs edilib


 

Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxs həbs edilib<b style="color:red"></b>

Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşı saxlanılıb. 

525.az Avropa mediasına əsasən xəbər verir ki, ölkənin şimalındakı Qdansk şəhər prokurorluğundan verilən açıqlamada şübhəlinin istintaq tamamlanana qədər 3 ay müddətinə həbs oluna biləcəyi bildirilib. 

Açıqlamada naməlum şəxsin Rusiya kəşfiyyatına məlumat verdiyini etiraf etdiyi bildirilib. Prokurorluğun sözçüsü Grazyna Wawryniuk, sözügedən əcnəbinin yanvar ayından Polşada olduğunu və ölkənin şimalındakı əsas infrastruktur və təhlükəsizlik prosedurları haqqında məlumat topladığını bildirib. Şübhəlinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir. 

Qeyd edək ki, Polşanın yeganə mayeləşdirilmiş təbii qaz terminalı və əsas limanları ölkənin şimalında yerləşir.

Malik Atilay

 





28.03.2023    çap et  çap et