525.Az

Avropalıların yarısı borclarını ödəyə bilməməkdən narahatdır


 

Avropalıların yarısı borclarını ödəyə bilməməkdən narahatdır<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) ölkələrində yaşayanların təxminən yarısı borclarını ödəyə bilməməkdən narahatdır.

525.az xarici mediaya istinadən bildirir ki, Aİ Komissiyası 27 üzv ölkədə, İslandiya və Norveçdə hər 2 ildən bir istehlak vərdişləri ilə bağlı apardığı hərtərəfli "İstehlakçı Şərtləri" sorğusunun nəticələrini dərc edib. 

Ötən ilin oktyabr və noyabr aylarında keçirilən sorğunun məlumatlarına görə, Avropa ölkələrində istehlakçıların demək olar ki, yarısı borclarını ödəyə bilməməkdən narahatdır. Respondentlərin 48 faizi müxtəlif ödənişləri, o cümlədən mənzil kreditləri və işə getmək üçün nəqliyyat xərclərini ödəyə bilməməkdən narahatdır. 

Vətəndaşların 37 faizi borclarını ödəmək üçün əmanətlərindən istifadə etməlidir. Bundan əlavə, faiz dərəcələrinin dəyişməsi səbəbindən mənzil krediti istifadəçilərinin 10 faizinin ödənişləri artıb. Avropadakı enerji böhranı vətəndaşlara da mənfi təsir göstərib. 

Malik Atilay

 





28.03.2023    çap et  çap et