525.Az

Televiziya binasına silahlı hücum nəticəsində mühafizəçi həlak olub


 

Televiziya binasına silahlı hücum nəticəsində mühafizəçi həlak olub<b style="color:red"></b>

Albaniyanın paytaxtı Tiranada yerli televiziya binasına silahlı basqın nəticəsində mühafizəçi həlak olub. 

525.az xarici mediaya əsasən xəbər verir ki, Tirana Regional Polis İdarəsindən verilən açıqlamada dünən gecə naməlum şəxslərin yerli televiziya binasına atəş açdığı qeyd edilib. 

Açıqlamada hadisənin aydınlaşdırılması və cinayətkarların tutulması üçün araşdırmalara başlanıldığı da bildirilib.

Qeyd edək ki, Albaniyanın Baş naziri Edi Rama hadisə ilə bağlı "Twitter" hesabında paylaşım edərək həyatını itirən mühafizəçinin yaxınlarına başsağlığı verib.

Malik Atilay

 





28.03.2023    çap et  çap et