525.Az

Kanada və BƏƏ aviaşirkətləri İsrailə uçuşları dayandırıb


 

Kanada və BƏƏ aviaşirkətləri İsrailə uçuşları dayandırıb<b style="color:red"></b>

İsraildə baş verən siyasi böhran, hökumətin məhkəmə tənzimləmələri və Ben Qurion Beynəlxalq Hava Limanında tətil səbəbiylə Kanada və BƏƏ-yə məxsus iki beynəlxalq aviaşirkətin İsrailə uçuşları ləğv etdiyi açıqlanıb.

525.az xəbər verir ki, Ben Qurionda hökumətin məhkəmə tənzimləmələrinə cavab olaraq başlayan tətil səbəbiylə "Air Canada" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli hava yolu şirkəti "Etihad"ın İsrailə uçuşları ləğv edilib. Sözügedən şirkətlərin Ben Qurion hava limanında baş verən tətilə görə təyyarələrinin və ekipajlarının İsraildə qapalı qalmasından ehtiyat etdikləri bildirilib.

Qeyd edək ki, İsrail Hava Limanları İdarəsinin sözçüsü Ofer Lefler, 22 reysin yarım saatdan çox gecikdiyini, Əbu-Dabidən gələn bir təyyarənin isə tətil səbəbiylə uçuşunu ləğv etmək qərarına gəldiyini söyləyib.

Məhəmməd Tağıyev

 





28.03.2023    çap et  çap et