525.Az

"Azərbaycan"ın yeni sayı


 

"Azərbaycan"ın yeni sayı<b style="color:red"></b>

Bu yaxınlarda "Azərbaycan" jurnalının növbəti - 6- sayı işıq üzü görüb. Dərgi Xalq şairi Vaqif Səmədoğlunun 75 yaşı münasibətilə yazılan məqalələrlə açılır. Xalq şairinin öz şeirləri ilə yanaşı, Aygün Bağırlının " gedirsə, ömürdən gedir", Rüstəm Kamalın "Uzaq, uzaq yuxuların kölgələrin səsi" yazıları, V. Səmədoğlu haqqında yazılanlardan qeydlər öz əksini tapıb. Jurnalda Çingiz Əlioğlunun 70 yaşı münasibətilə yubilyarın şeirləri professor Vaqif Yusiflinin "Novator şair" yazısı işıq üzü görüb. "Nəsr" rubrikasında Qəni Camalzadənin "Karxana" romanının əvvəli, Alpay Azərin "Çinin Azərbaycandakı MTN-çisi, yoxsa..?", "Prezidentlərin telefon söhbətindən sonra" hekayələri dərc olunub.

Avdı Qoşqar, Xatirə Fərəcli, Mətləb Ağa Telman Dəmirin şeirləri dərginin "Poeziya" bölməsində yer alıb.

Jurnalın ənənəvi "Publisistika" bölümündə Vahid Məhərrəmovun "Döyüşçü gündəlikləri" Qəşəm Nəcəfzadə "Vətənpərvərlik insanın daxili zənginliyidir" məqalələri çap olunub. "Azərbaycan"da bu dəfə Taufik Aydi Marsel Qaliyevin yeni tərcümələri təqdim olunub.

"Ədəbi gənclik" bu dəfə Pərviz Sadıqovun "Məzuniyyət", Şervud Andersonun "Ləyaqət" hekayələri, eləcə Qabil Ədalət    Orxan Adiloğlunun şeirləri verilib. Atababa İsmayıloğlunun "Mirzə Mirzədir!" yazısında Xalq yazıçısı Mirzə İbrahimov haqqında xatirələrini qələmə alıb. Jurnalın "Tənqid ədəbiyyatşünaslıq" bölümündə İntiqam Qasımzadənin "Oxunan sevilən yazıçı", Lalə Həsənovanın "Müasir nəsrdə məzmun ideya paradiqması", Leyla Kərimovanın "Milli özünəməxsusluğun bədii inikası" yazıları təqdim edilib.

S.MÜRVƏTQIZI

 





15.07.2014    çap et  çap et