525.Az
Tanınmış meyxanaçı həbs edildi
Sabunçu rayon Məhkəməsi 2 gün əvvəl polis tərəfindən saxlanılan meyxanaçı Bayram Kürdəxanlı barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Bu barədə Lent.az-a Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov məlumat verib.
B.Kürdəxanlı Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Onun barəsində Cinayət Məcəlıəsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.
15.07.2014
çap et