525.Az

Türkiyə vətəndaşları Bakı, Naxçıvan və Gəncədə səs verə bilər


 

Türkiyə vətəndaşları Bakı, Naxçıvan və Gəncədə səs verə bilər<b style="color:red"></b>

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirakının təmin edilməsi istiqamətində iş aparılır.

525.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarda səs verə bilər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək.

 





28.03.2023    çap et  çap et