525.Az

Türkiyə Müdafiə Nazirliyindən Fransa parlamentinə etiraz


 

Türkiyə Müdafiə Nazirliyindən Fransa parlamentinə etiraz<b style="color:red"></b>

“NATO üzvü olan Fransanın parlamentində əli qanlı PKK/YPG terror qruplaşması təmsilçilərinin qəbul edilməsi onun nüfuzuna kölgə salıb”.

525.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Nazirlik Fransa parlamentinin bu addımını NATO-dakı müttəfiqlik ruhuna zidd olduğunu vurğulayıb: “Bu addım həm də NATO-nun terrorizmlə mübarizəsini heçə endirir. Bütün hallarda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəni fasiləsiz davam etdirəcək”.

 

 





28.03.2023    çap et  çap et