525.Az

Ticarət mərkəzində bıçaqlanma baş verib


 

Ticarət mərkəzində bıçaqlanma baş verib<b style="color:red"></b> İyulun 14-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, saat 16:30 radələrində, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzində naməlum şəxs Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Konstantin Dutkinə bıçaqla xəsarət yetirib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayıl Abbasov tutulub.
 
Hadisənin səbəbləri araşdırılır.
 





15.07.2014    çap et  çap et