525.Az

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib


 

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib<b style="color:red"></b>

Martın 27-də görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar, onun adını daşıyan liseydə yubiley tədbiri təşkil edilib. Lisey rəhbərliyi və Azərbaycan Tibb Universitetinin (ATU) göz xəstəlikləri kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə öncə görkəmli oftalmoloq, professor Paşa Qəlbinurla görüş baş tutub. 

Görüşdə liseyin tibb sahəsi üzrə hazırlaşan şagirdləri, müəllim kollektivi və sözügedən kafedranın əməkdaşları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Fərqanə İsayeva bildirib ki, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ərəfəsində vaxtilə onun tələbəsi olmuş professor Paşa Qəlbinurun gələcək həkimlərlə görüşü çox nəcib addım və önəmli hadisədir. Direktor şagirdləri bu görüşdən faydalanmağa və tədbirin gedişində yaranacaq suallarını professora yönləndirərək bilmədiklərini öyrənməyə çağırıb. 
Daha sonra professor Paşa Qəlbinur mərhum müəllimi, Azərbaycan oftalmologiyasının inkişafında önəmli rola sahib böyük alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edib, onu şagirdlərə daha yaxından tanıtmaq üçün xatirələrini bölüşüb. 

Akademik Zərifə xanım Əliyevanı təkcə həkim və alim kimi deyil, həmçinin, gözəl qəlbə və nəcib xarakterə malik insan, məğrur Azərbaycan xanımı kimi xarakterizə edən Paşa Qəlbinur özünün bir insan və bir həkim kimi yetişməsində akademikin əvəzolunmaz rolunu vurğulayıb. 
Görüşün davamında şagirdlər onları maraqlandıran sualları professora ünvanlayıblar və tədbir diskussiya şəklində davam edib. 

Sonda Paşa Qəlbinur müəllifi olduğu kitabları şagirdlər üçün imzalayıb. 

Tədbir bitdikdən sonra professor Paşa Qəlbinur başda olmaqla, ATU-nun göz xəstəlikləri kafedrasının əməkdaşları akademik Zərifə Əliyeva adına liseyin görmə ilə bağlı şikayəti olan müəllim və şagirdlərini müayinə edib, lazımi tövsiyələr veriblər. 

ŞAHANƏ

 





28.03.2023    çap et  çap et