525.Az

"Distant təhsilin ən böyük üstünlüklərindən biri zaman və məkan problemini həll etməsidir" - Rektor


 

"Distant təhsilin ən böyük üstünlüklərindən biri zaman və məkan problemini həll etməsidir" - <b style="color:red"> Rektor</b>

"Distant təhsilin ən böyük üstünlüklərindən biri zaman və məkan problemini həll etməsidir".

525.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, bu üstünlükdən faydalanmaq üçün ilkin mərhələdə əcnəbiləri, xaricdə yaşayan azərbaycanlıları və əlilləri distant təhsilə cəlb etməklə yanaşı, illik ümumi dərs yükünün müəyyən hissəsini də (məsələn, 30 faizini) distant təhsilə keçirmək imkanı yaratmaqla həmin dərslərə xaricdən yüksək ixtisaslı müəllimləri cəlb etmək olardı:

"Bu yanaşma xüsusilə yeni ixtisaslarda, mütəxəssis qıtlığı hesab olunan ixtisaslarda xüsusilə faydalı ola bilərdi".

Sevinc Qarayeva  

 





28.03.2023    çap et  çap et