525.Az

Strasburq Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olunub


 

Strasburq Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olunub<b style="color:red"></b>


Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada rəsmi səfərdədir.

Bu barədə 525.az-a nazirlikdən məlumat verilib. Səfər çərçivəsində nazir Emin Əmrullayev Strasburq Universitetinin rektoru Mişel Denekenlə görüşüb. Tərəflər elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2024-2030-cu illər üzrə inkişaf perspektivləri barədə təqdimat keçirilib.

İkigünlük səfər çərçivəsində nümayəndə heyəti Strasburq Universitetinin müxtəlif elmi laboratoriyaları və tədqiqat mərkəzlərinə baş çəkib, eləcə də universitetdə təcrübə keçən UFAZ tələbələri ilə görüşüb.

Xatırladaq ki, UFAZ 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılıb. UFAZ Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə Strasburq Universitetinin idarə etdiyi konsorsium çərçivəsində məzunlara iki diplom təqdim edir.

Sevinc Qarayeva 

 





28.03.2023    çap et  çap et