525.Az

Subbakalavrların ərizələrinin qəbulu aprelin sonu, mayın əvvəlində aparılacaq


 

Subbakalavrların ərizələrinin qəbulu aprelin sonu, mayın əvvəlində aparılacaq<b style="color:red"></b>

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrların ərizələrinin qəbulu aprel ayının sonu may ayının əvvəlində internet vasitəsilə aparılacaq.

Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, konkret tarixlər müəyyən olunan kimi məlumat veriləcək.

Sevinc Qarayeva 

 





28.03.2023    çap et  çap et