525.Az

2026-ci ilədək isə Qarabağ və Şərqi Zəngəzurda 150 min vətəndaşımız məskunlaşacaq


 

2026-ci ilədək isə Qarabağ və Şərqi Zəngəzurda 150 min vətəndaşımız məskunlaşacaq<b style="color:red"></b>

"Prezident İlham Əliyev mindən çox vətəndaşımızın bu il Laçın rayonuna- öz doğma ata-baba torpaqlarına qayıdacağını bildirib.
Bütövlükdə, 30 illik Ermənistan işğalından sonra 10 mindən çox vətəndaşımızın yaxın illərdə Laçın rayonuna qayıdacağı gözlənilir".

Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə,Laçın rayonu ilə yanaşı işğaldan azad olunan digər rayonlarımızda da bərpa və yenidən qurma işləri çox sürətlə həyata keçirilir: 

"Artıq yaxın 1 ildə Füzuli, Ağdam və digər şəhərlərimizdə minlərlə vətəndaşımızın öz doğma və tarixi torpaqlarına qayıtması reallaşacaq.
2026-ci ilədək isə Qarabağ və Şərqi Zəngəzurda 150 min vətəndaşımız məskunlaşacaq. Bu dəfə əbədi".

Sevinc Qarayerva 

 





28.03.2023    çap et  çap et