525.Az

Macarıstan parlamenti Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləyib


 

Macarıstan parlamenti Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləyib<b style="color:red"></b>

Macarıstan parlamenti Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləyib.

525.az  bu barədə "Lent.ru"ya istinadən xəbər verir. Qeyd olunur ki, Milli Assambleyanın 117 deputatı Finlandiyanın alyansa üzvlüyünün ratifikasiyasını dəstəkləyib, 40 parlamentari əleyhinə çıxıb, 18 deputat isə bitərəf qalıb.

Bundan əvvəl, Finlandiya Prezidenti Sauli Niiniste hökumətin iclası zamanı NATO-ya üzvlük haqqında qanunları imzalayıb və bununla da Helsinki təşəbbüsünün ratifikasiyasını başa çatdırıb.

Qeyd edək ki, martın 17-də Türkiyə Finlandiya ərizəsinin ratifikasiyası prosesinə başlayıb. Bildirilib ki, Türkiyə Finlandiyanın NATO-ya üzvlük müraciətini İsveçdən ayrı olaraq təsdiqləmək niyyətindədir.

Havar Şəfiyeva

 





28.03.2023    çap et  çap et