525.Az

Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günü keçirilib


 

Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günü keçirilib<b style="color:red"></b>

27-28 mart tarixlərində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elm Gününə həsr olunmuş “Açıq qapı” günləri keçirilib.

525.az  xəbər verir ki, açıq qapı günlərində rəsədxanaya çoxsaylı ziyarətçilər gəlib. Ekskursiyaların yüksək səviyyədə təşkili üçün təcrübəli rəsədxana əməkdaşları bu işə cəlb edilib.

Ekskursiyalar zamanı ziyarətçilər ŞAR-ın yenilənmiş muzeyindəki eksponatlarla tanış olub, onlar haqqında ətraflı məlumat alıblar. Bundan başqa, qonaqlar muzeydə Elm Günü ilə əlaqədar yaradılmış “Nobelçi Astrofiziklər” guşəsi ilə də tanış olublar. ŞAR-ın təcrübəli bələdçiləri onlara Nobel mükafatı təsis olunduğu vatxdan bu günədək həmin mükafata layiq görülmüş Astrofizik alimlərin elmi nailiyyətləri haqqında geniş informasiya verib.

Qeyd edək ki, Açıq qapı günlərində gecə ekskursiyası zamanı rəsədxananın 70 sm-lik teleskopunda Ayın və Mars planetinin müşahidəsi aparılıb. Teleskopla müşahidə ziyarətçilərin böyük marağına səbəb olub. 


 

 





28.03.2023    çap et  çap et