525.Az

Peyvənd olunanların sayı açıqlanıb


 

Peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 595 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 331, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 107, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 130, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 953 632, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 985, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 901, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 845, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 901 nəfər təşkil edir.

 





28.03.2023    çap et  çap et