525.Az

Deputat Fazil Mustafa güllələnib - YENİLƏNİB


 

Deputat Fazil Mustafa güllələnib - <b style="color:red">YENİLƏNİB</b>

Millət vəkili Fazil Musatafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən "525.az"a bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.

***

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

525.az "Musavat.com"a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

 





28.03.2023    çap et  çap et