525.Az

Baş prokurorun birinci müavini Fazil Mustafaya qarşı silahlı hücüm baş verən əraziyə gedib


 

Baş prokurorun birinci müavini Fazil Mustafaya qarşı silahlı hücüm baş verən əraziyə gedib<b style="color:red"></b>

Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Baş Prokurorluqdan 525.az-a bildirilib ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.

 





28.03.2023    çap et  çap et