525.Az

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib


 

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib<b style="color:red"></b>

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. 

525.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Aomori əyalətinin Sakit okean sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. 

Yerli vaxtla saat 18:18-də və 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilməyib. Zəlzələ ətrafdakı İvate, Miyaqi və Hokkaydo bölgəsinin şimalında hiss olunub. Bölgəyə xidmət edən Tohoku, Joetsu və Hokurikuya yüksək sürətli qatar xidmətlərinin davam etdiyi açıqlanıb.

Malik Atilay

 





29.03.2023    çap et  çap et