525.Az

Meksikanın ABŞ sərhədi yaxınlığında yanğın - 39 nəfər ölüb


 

Meksikanın ABŞ sərhədi yaxınlığında yanğın - <b style="color:red">39 nəfər ölüb</b>

Meksikada ABŞ sərhədinə yaxın immiqrasiya mərkəzində baş verən yanğında 39 nəfərin öldüyü bildirilib. 

525.az xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında bildirib ki, Texas əyaləti sərhədinə yaxın Syudad Xuarez sərhəd şəhərində Meksikanın Milli Miqrasiya İnstitutunda yanğın baş verib. 

Yanğına “deportasiya gözləyən qaçqınların” səbəb olduğunu əsas gətirən Obrador: “Etiraz olaraq bunkerin qapısına döşəklər qoyub yandırdılar və bunun dəhşətli faciəyə səbəb olacağını düşünmürdülər. Düşünürük ki, deportasiya olunacaqlarını öyrəndikləri üçün bunu ediblər”. 

Milli Miqrasiya İnstitutundan verilən yazılı açıqlamada dünən gecə yarısı başlayan yanğında 39 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib. Açıqlamada 4 xəstəxanada müalicə alan yaralıların vəziyyətinin "həssas və ağır" olduğu qeyd edilib. 

Qeyd edək ki, Meksika COVID-19 epidemiyası zamanı ABŞ-nin təzyiqi nəticəsində immiqrasiyanın qarşısını almaq üçün məhdudiyyətləri artırıb və buna görə də sərhədə yaxın obyektlərdə saxlanılan sığınacaq axtaranların sayı xeyli artıb.

Malik Atilay

 





29.03.2023    çap et  çap et