|
|
|
|
Keniya və Somalidə leysan yağışların səbəb olduğu daşqınlarda 21 nəfər ölüb.
525.az xəbər verir ki, Keniyanın cənubundakı Gilgil bölgəsində təsirli olan daşqınlarda 3 uşaq və 4 qadın həyatını itirib.
Somalinin cənubundakı Baardhere qəsəbəsində isə daşqın nəticəsində 14 nəfər ölüb.
Qeyd edək ki, hər iki ölkə quraqlıq səbəbindən su qıtlığından əziyyət çəksə də, bəzi bölgələr ilin müəyyən vaxtlarında daşqınlara məruz qalır.
Malik Atilay