|
|
|
|
Niderlandın Baş naziri Mark Rutte ölkəsinin Ukraynaya döyüş təyyarələri göndərməyə açıq olduğunu bildirib.
525.az Avropa KİV-ə istinadən xəbər verir ki, Niderlandın Baş naziri Mark Rutte Rotterdamda Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçirib.
Baş nazir Rutte: "Niderlandda heç bir şeyə xələl gətirmədən tərəfdaşlarımızla intensiv şəkildə məsləhətləşmələr aparırıq, lakin bu anda pilotların döyüş təyyarələrindən istifadə üçün təhsil alması ilə bağlı heç bir qərar verilməyib", - deyib.
Xatırladaq ki, Ukrayna ötən ay Niderlanddan F-16 döyüş təyyarələri istəyib.
Malik Atilay