525.Az

Niderland Ukraynaya döyüş təyyarələri göndərməyə hazırdır


 

Niderland Ukraynaya döyüş təyyarələri göndərməyə hazırdır<b style="color:red"></b>

Niderlandın Baş naziri Mark Rutte ölkəsinin Ukraynaya döyüş təyyarələri göndərməyə açıq olduğunu bildirib. 

525.az Avropa KİV-ə istinadən xəbər verir ki, Niderlandın Baş naziri Mark Rutte Rotterdamda Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçirib. 

Baş nazir Rutte: "Niderlandda heç bir şeyə xələl gətirmədən tərəfdaşlarımızla intensiv şəkildə məsləhətləşmələr aparırıq, lakin bu anda pilotların döyüş təyyarələrindən istifadə üçün təhsil alması ilə bağlı heç bir qərar verilməyib", - deyib. 

Xatırladaq ki, Ukrayna ötən ay Niderlanddan F-16 döyüş təyyarələri istəyib.

Malik Atilay

 





29.03.2023    çap et  çap et