525.Az

Belçikada terror əməliyyatı: 8 nəfər həbs edilib


 

Belçikada terror əməliyyatı: 8 nəfər həbs edilib <b style="color:red"></b>

Belçika polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb. 

525.az Belçika mediasına əsasən xəbər verir ki, Belçika Federal Prokurorluğundan verilən açıqlamaya görə, federal polis qrupları səhər saatlarında paytaxt Brüssel və ölkənin ikinci böyük şəhəri olan Antverpen yaxınlığında axtarışlar aparıb. 

Antverpen və ətraf ünvanlarda aparılan axtarışlarda 5 nəfər saxlanılıb. Saxlanılanlardan ikisinin Belçikada terror aktına hazırlaşdığı bildirilib. Polis Brüsseldə keçirdiyi əməliyyatlarda isə 3 nəfəri nəzarətə götürüb. 

Bildirilib ki, həmin şəxslər terror aktına hazırlıqda şübhəli bilinirlər. Prokurorluğun açıqlamasında iki şəhərdə axtarışların bir-biri ilə əlaqəli araşdırmalar çərçivəsində aparıldığı bildirilib. 

Malik Atilay

 





29.03.2023    çap et  çap et