525.Az

"3 may 1808" - "Bir rəsmin dedikləri" rubrikası


 

"3 may 1808" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla dünyaca məşhur rəssam Fransisko Qoyyanın  "3 may 1808" əsərindən danışmışıq.

Dünya incəsənətini öz yaradıcılığı ilə bəzəyən, yeni dövr incəsənətinin təşəkkülünün formalaşmasında mühüm rol oynayan, realizmin banisi, məşhur ispan rəssamı Fransisko Qoyya... Onun yaradıcılığı dünya mədəniyyətinin rəngkarlığına, qrafika sənətinə, eləcə də dramaturgiyaya və ədəbiyyata böyük təsir göstərib.

Qoyyanın yaradıcılığı özünəməxsus xüsusiyyətləri ilə fərqlənirdi. Onun yaradıcılığını təzahür edən xüsusiyyətlər - sənətinin parlaq fərdiliyi, çılpaq həqiqətə can atması, kortəbii başlanğıcın axtarışı və insan qəlbinin qaranlıq dərinliyinə baxmaq istəyindəki qorxmazlığıdır. Rəssam 1773-cü ildən sonra çəkdiyi rəsmləri ilə daha çox uğur əldə edib. Fransisko Qoyya yaradıcılığını bəzəyən əsərlər olduqca maraqlıdır. Qoyya yaradıcılığı insanlar tərəfindən o qədər maraqla qarşılanırdi ki, rəssamın  sümükləri 1919-cu ildə qazılaraq ölkədə kiçik bir kilsəyə verilmişdi. Buna  səbəb isə rəssamın yaradıcılığında əsas mövzunun çarmıxa çəkilən insan görüntülərinin öz əksini tapması idi. Qoyyanın yaradıcılığının ən məşhur əsərləri siyahısına "3 may 1808", "IV Karlin ailəsi" "Çılpaq Maxa"və s. daxildir.

 

- Humay xanım, "3 may 1808" əsərinin inqilabi mövzuda çəkildiyi bəllidir. Ancaq rəsmin yaranması əsərdə sözügedən inqilabın tarixinə yaxındır, yoxsa illər sonraya aiddir? Ümumiyyətlə, bu tabloda gördüklərimiz kimlərdir?

- Fransisko Qoyya "3may 1808" rəsm əsərini 1814-cü ildə tamamlayıb.  Əsərin ilham mənbəyi 1808-ci ildə Fransanın İspaniyanı işğal etməsindən sonra fransızlara qarşı müqavimət hərəkatını başladan ispanlardır. Xristianlıq incəsənəti və ənənəvi müharibə motivlərindən uzaqlaşması əsəri bənzərsiz etmiş və növünün ilk nümunələrindən birinə çevrilmişdi. Əsərin əsas qayəsi, təqdimatı və emosional gücü onu müharibənin qorxuncluğunu əks etdirən simvol halına gətirir. Belə bir iddia var ki, əsas mənbə rəssamın bağban dostunun danışdıqlarıdır. Hətta deyilənə görə, iki dost birlikdə gecə saat 4-də "Prinsipo Pi" təpəsinə gediblər. Əsər də ordan bağbanın danışıqları nəticəsində təsvir olunub.

- Tablonun taleyi də bəlalı olub deyirlər.

- Bəli. Əsər yük maşınında aparılarkən ziyan görmüş, lakin sonra defektlər aradan qaldırılmışdı. 1937-ci ildə İspaniya vətəndaş müharibəsi zamanı rəsm əsərini qorumaq üçün Valensiyaya aparırdılar. Bu zaman əsər pis vəziyyətə düşüb, 2008-ci ildə restavrasiyaya edilən rəsm əsəri bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılır. "3 May 1808" əsəri bir çox əsərin yaradılmasına ilham mənbəyi olub. Bu əsərlə eyni mövzunu əks etdirən "2 May 1808" rəsm əsəridir. "3 May "əsərinin baş verdiyi hadisələr Madriddə canlandırılıb.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- "3 may 1808" əsəri rəssamın yaradıcılığında inqilabi mövzuda çəkilmiş kompozisiyadır. Əsərdə inqilabçıların yaratdığı vəhşiliklər, xalqın üsyanların qurbanı olması və s. detallar öz əksini tapır. Rəssamı daha sonralar əsərin içərisinə daxil etmək istəsələr də alınmayıb. Çünki hələ bilinmir ki, Qoyya üsyandakı hadisələrin şahidi olub, ya yox. Rəsm əsərinin restovrasiya zamanı rəng kompozisiyası dəyişilib. Əsərin üslubu tarixi rəssamlığa bağlıdır. Ölçüsü 268 sm2 347 sm-dır. Texnikası yağlı boyadır. Bu kompozisiyaya diqqət yetirsək, qan gölü yarandığını və  gölün ortasında parçalanmış bədən üzvlərini görərik. Bəziləri üzü üstə, bəziləri kürəyi üstədir. Bir neçəsi sanki yerdə mərhəmət diləyirmiş kimi uzanıb. "3 may 1808" əsərinin kompozisiyası başqa rəssamların da yaradıcılığına öz təsirini göstərmişdir. 

- Əsərin rəng kompozisiyası necədir?

- Qoyyanın yaradıcılığında yüksək rəng parlaqlığı, kəskinlik özünü göstərir. Ümumiyyətlə, əsər yüksək rəng parlaqlığı ilə işlənib. Burada kəskin rəngdən istifadənin şahidi oluruq. Tünd rənglə açıq rəngin kontrastı var. Ağ və sarı rəngdən kəskin şəkildə istifadə olunub.

- Yer üzünün qara rəngə çalması gözdən yayınmır.

- Bu, həmin günün necə fəlakət olmasına işarə edir. Əsgərlərin geyimini qəhvəyi rəngdədir. Az da olsa rəssam qırmızı rəngdən də istifadə edib. 

 - Tablo harada saxlanılır?

- "3 May 1808" Prado muzeyində saxlanılır. Hər il sərgi keçirilir  və nümayiş olunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Qoyya yaradıcılığını əsərlərindən öyrənmək daha gözəl və maraqlıdır. "3 may 1808" əsəri realist rəssamının dərin hiss və duyğularını əks etdirir. Əsər ispan vətəndaşlarının müharibəyə məruz qalmasını, əzab-əziyyətini əks etdirir,  XIX əsrin necə fəlakətli olmasını bizə göstərir.

Aytac SAHƏD

 





29.03.2023    çap et  çap et