525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət - Telman Orucov yazır


 

Din və məhəbbət - faciələrə aparan ziddiyyət - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Mən qətiyyətsiz olsam da, indiyədək səni sevirəm, lakin artıq heç nəyə ümid bəsləmirəm. Mən sevgilimi itirsəm də, məhəbbətimi indiyədək qoruyub saxlayıram. Mənim ürəyim həbsimdən heç də daşa dönməmişdir.

Hə, Abelyar, mən burada daşıdığım zəncirlərə and içirəm, onların çəkisini azalt, onları mənim üçün dözülməli olan et.

Qoy biz şərqilərimizi və himnləri oxumağı tərk edək. Qoy biz ürəklərimizi Allaha doğru qaldıraq, lakin onun mərhəməti üçün biz həm də heç bir vasitəyə malik deyilik.

Allah özünün yaratdığı böyük adamların ürəyi üzərində xüsusi hüquqa malikdir. Mərhəmət anı gəlib çatana qədər mənim barəmdə düşün, - məni unutma,

- məhəbbətimi, sədaqətimi və daimiliyimi xatırla. Məni öz məşuqən kimi sev; öz uşağın, öz bacın, öz arvadın kimi əzizlə! Yaddan çıxarma ki, mən hələ də səni sevirəm və həm də mübarizə aparıram. Mən dəhşətli hisslər içərisində titrəyirəm və ürəyim indi dediyimə qarşı üsyan qaldırır. Mən yazdığım kağızı göz yaşları ilə isladıram, uzun məktubumu səni arzulamaqla, əgər sən də bunu arzu edirsənsə, bitirirəm. Həmişəlik xudahafiz!

 

məktub. Abelyardan Elonzaya

 

Mən təsəvvür edə bilsəydim ki, sənə yazılmamış məktub sənin əlinə düşəcək, onda mən daha da ehtiyatlı olardım ki, səndə bizim keçmiş bədbəxtliklərimizin xatirəsini yenidən oyatmayım. Mən özümün təhqir olunmaqlarım seriyasını dostuma yazmağı rəva gördüm ki, başıma gələn itki ona daha az təsir göstərsin. Əgər mən sənin özünə yazsaydım, axıtdığın göz yaşlarını qurutmaq niyyətini güdərdim. Mən öz dərdimi səninki ilə qarışdırmağı və ürəyimi sənin qarşında açmağı nəzərdə tutardım. Qısası, bütün öz narahatlıqlarımı və könlümün sirrini sənin gözlərin qarşısında açardım, axı onları dünyanın qalan hissəsindən gizlətmişdim. İndi sən məni öz qərarlarımın əleyhinə, birbaşa onlara əks olanları açmağa məcbur edirsən.

Bizim üzərimizə düşən əzablar düşüncəsində bu həqiqətdir və bunu müşahidə etdikdə, bizim vəziyyətimizdə heç bir dəyişiklik gözlənilmir. Bizi şirnikləndirməklə çiçək açan həmin günlərimiz indi keçmişdə qalmışdır. Ancaq ağlımızdan onların xatirəsini ağrılı cəhdlərlə, bütün əlamətləri ilə pozmaqdan başqa, heç nə özünü xatırlatmır. Mən fəlsəfədə və dində mənə olan təhqirə dərman tapmağı arzulayıram. Məhəbbətdən özümü müdafiə etmək üçün sığınacaq axtardım. Mən özümə söz verdim ki, səni unudacağam və hələ də bu barədə səni sevmədən düşünə bilmirəm. Faydasız cəhdlərdən sonrakı vaxtdan özümü inandırdım ki, bu fövqəl təsir edən narahatlıq yalnız özümü azad etmək üçün mübarizə aparmaqdan ötəridir. Bu, kifayət qədər olan müdriklik hamıdan onu gizlətmək üçün idi, ancaq sən məni utandırdın və özümün də necə zəif olduğumu bildim.

Mən bir düşmən kimi qaçmaq niyyəti ilə xeyli məsafədə səndən uzaqlaşdım. Ancaq hələ də ağlımda dayanmadan səni axtarıram. Mən sənin obrazını öz xatirəmdə səsləyirəm. Müxtəlif növ təşvişlərlə mən özümə xəyanət etdim, həm də özümə zidd çıxdım. Mən sənə nifrət edirəm! Mən səni sevirəm! Biabırçılıq hər tərəfdən mənə təzyiq edir. Bu an qorxuram ki, sənin düşündüyündən də daha laqeyd görünəcəyəm və həm də öz narahatlığımı açıb göstərməklə biabır olmuşam. Sən görürsən ki, mən necə bir qarmaqarışıq vəziyyətdəyəm, özümü necə məzəmmət edir və necə əzab çəkirəm. O vaxtdan ki, mən məhəbbət barədə heç nəyə ümid etmirəm, din mənə əmr edir ki, ləyaqətin arxasınca gedim. Lakin məhəbbət mənim təxəyyülüm və özümə münasibətim üzərində keçmiş həzləri ilə öz ağalığını saxlayır. Xatirə indi məşuqəmin yerini tutur. Hətta səhralarda da, harada ki, göydən üzərimizə şeh düşmür, ancaq biz artıq sevməməyə borclu olduğumuzu sevirik.

Sən məni öz ağan adlandırdın. Bu həqiqətdir ki, sən mənim qayğıma etibar etdin. Mən görürəm ki, səni elmlərə öyrətməkdə əbəs yerə ciddi idim, bu, sənə günahsızlığın, mənə isə azadlığım hesabına başa gəldi. Səni sevən əmin düşmənimə çevrildi və qisasını mənim üstümə tökdü. Mən ehtirasımı məmnun etməklə indi gücümü, həmçinin, səni sevməyimi itirmişəm, ancaq yəqin ki, bəzi təskinliyə malik olacağam. Mən necə də səfiləm! Mən səni düşünəndə, hətta göz yaşları axıdanda, özümü daha çox təqsirkar hesab edirəm. Sənə malik olanda isə mən tam azad idim. Mən fasiləsiz olaraq sənin haqqında düşünürəm. Ey Allah! Əgər mən mehrab qarşısında uzansam, səndən xahiş edəcəyəm ki, mənə yazığın gəlsin. Lakin Göylər indiyədək məndə yaşayan ehtirasa qarşı amansızdır. Odun üstünü küllər yalnız aldadıcı qaydada örtdü və qeyri-adi mərhəmətdən savayı, heç nə onu söndürə bilməz. Biz aldadılmış adamlarıq, ancaq heç nə Allahdan gizli qalmır.

Mən ümid edirdim ki, biz ayrıldıqdan sonra sən öz hissiyyatını dəyişə biləcəksən. Aradan yoxa çıxmaq məhəbbətin sərdabəsidir. Mən öyünürəm ki, səni bir daha görməyəndə də, sən ağlımı narahat etməyəndə də xatirəmdə dincələcəksən.

Mən səni sevməmişdən əvvəl hər şeyi etdim, lakin onların hamısı əbəs oldu. Sənə müxalif olan hər şey uğursuz oldu. Mən sevməyən adamların xoşbəxtliyinə qibtə edirəm. Onlar necə də sakit və ruhlarına görə necə də yüngüldürlər. Baxmayaraq ki, mən artıq məhəbbət tərəfindən aldadılmıram, ancaq sağalmamışam, bu qədər çox şəraitlərdə ehtiraslarla bacarmıram, bu yer, şəxsən özüm və biabırçılığım məni məhv etməyə yönəlmişdir. Digərləri ilə müqayisədə bizə fəlsəfə böyük fayda verə bilər.

Məhəbbət necə də bir əziyyətdir. Bizim üçün necə böyük bir xoşbəxtlik olardı ki, bizim alçaldılmamız və göz yaşlarımız tövbəmizə əminlik versin. Könüldən həzz sevgisi qeyri-adi cəhdlərdən savayı, heç nə ilə silinmir. Mən bilmirəm ki, bu necə baş verdi ki, sevən adam üçün daim ağlamaq bir həzzə çevrilir. Allahın məhəbbəti başlanğıcında öz yaratdıqları məxluqların məhəbbətini heç də bütünlüklə yoxa çıxarmır.

Faydasız şərəf, əziyyət verən var-dövlət heç vaxt məni şirnikləndirməmişdir. Lakin həmin lətafətləri, o gözəlliyi, o havanı ki, mən bu məsafədə hiss edirəm, onlar mənim məğlubiyyətimə səbəb olur. Sənin baxışların mənim təqsirimin başlanğıcı idi, sənin gözlərin, sənin mülahizələrin ürəyimi parçalayırdı. Bizi müdafiə etməyə çalışan ambisiyanın və şərəfin əksinə, məhəbbət tezliklə ağa oldu. Allah buna görə məni cəzalandırdı, məni tərk etdi. Sən artıq dünyanınkı deyilsən, sən ondan imtina etdin. Sən mənim dindarlığımı körpəlik vəziyyətində məhv edəcəksənmi? Mən öz andlarımdan imtina etməliyəmmi? Mən onlara Allahın qarşısında and içmişəm. Mənim məhəbbətim məni əhatə edənlərin xoşbəxt laqeydliyi qarşısında gur yanır və ürəyim sənə və özümə məxsus kədərlər ilə tikə-tikə olana bənzəyir. Mən bu zəifliyimi sənə etiraf etməyə borclu deyiləm. Mən hiss edirəm ki, səhv etmişəm. Əgər mən öz zəifliyimi məhəbbət şərqilərində və şeirlərdə dərc etdirsəm, bu binanın qaranlıq zirzəmiləri möminliyin üzə çıxması xüsusiyyətini ən azı gizlətməyəcəkdirmi? Mən meyl və borc arasında daim gedən mübarizəni hiss edirəm.

Mən səfil günahkaram, hakimim qarşısında uzanıram. Üzümü yerə dayamışam, göz yaşlarım torpağa qatışıb.

Gəl, əgər sən bunu yararlı sayırsansa, müqəddəs adətinlə özünü Allahımla mənim arama sox və bizi ayıran sədd ol.

Mən səni özünün bütün andlarından və öhdəliklərindən azad edirəm. Öz ləyaqətini adamlara və mələklərə layiq olan tamaşaya döndər.

Günahkarların qədəhi şirinliyi vəsf etməklə dolub daşır və biz onun dadını bilməyə meyl edirik. Həm də bunu ilk dəfə sənə verdiyimə görə məni qorxaqlıqda qınama.

Kilsə bizim bədbəxtliyimizə qısqancdır.

Göylər Eloizanı unutmağı, onu bir daha görməməyi Abelyardan tələb edir. sən məni, hətta bir ideya kimi də unut.

Məhəbbət, əminlikdən çox etibarsızlığa malikdir. Mən necə rahat ola bilərəm ki, sənin dinmədiyini görürəm, mənim təhqir olunmağımdan sonra artıq sən dünyada hansısa bir məmnunluq gözləməkdə davam etməyəcəksən və sən bir daha ona qayıtmayacaqsan.

Lakin mən hələ də şübhələnməkdəyəm. Mən təxəyyül edirdim ki, qadınlar andların zərurətinin məcburiyyəti olmadan öz möhkəm qərarlarını verməyə qadir deyillər. Din və möminlik sənin daş qəfəsinin və divarlarının ətrafında möhkəm mühafizə qurmuşdur. Mən hər gün titrəyirəm ki, özünü qurban verməyə səni inandırdım. Mən bunu xatırlamağa cəsarət etmədən, əvvəllər heç vaxt görmədiyim səndəki gözəlliyin parlaqlığına heyran olmuşdum, vurulmuşdum. Mən səni öz təqsirimə görə rahibə olmağını cinayətkar bir rüşvətlə yoluna qoydum, bu da, əslində, səni dəfn etməyi satın almaqdır. Monastırı açıq etiraf etmək rüşvət verməyə bənzəyir və mənim niyyətlərim səndən, onların bütün şübhələri və iyrəncliyi ilə birlikdə gizlədildi. Mən hər yerdə sənin arxanca getməyi qərara aldım. Mənim kölgəm daim sənin addımlarını izləyəcəkdir.

Ancaq Göylərə minnətdaram ki, sən andlar içməyi qərara aldın. Mən səni mehrabın yanınadək müşayiət etdim və sən müqəddəs süfrəni tutmaq üçün əlini uzadanda, sənin həmin məhvedici sözlərini aydınca eşitdim. Sən mənim təxəyyülümdə işıq və dəyişilən bir məxluq idin.

Mən sənin gözlərini, hər hərəkətini, sənin havanı müşahidə etdim. Hər şeydən titrədim. Sən adamın öz mənafeyi naminə olan bir davranışını satqınlıq, xəyanət və qətl adlandıra bilərsən. Məhəbbət nifrət etməyə elə oxşardır ki, ən ciddi mənfur münasibəti və qəzəbi də doğurur.

Mənim məhəbbətimə nəhayətsiz layiq olduğunu gördükdə güman etdim ki, səni artıq sevə bilmərəm. Mən sənə özümün vurğunluq əlamətlərimi göstərməklə, səni tərk etməyin vaxtı çatdığını düşündüm.

Mənim qısqanclığım sönən kimi görünür. Təkcə Allahın bizə rəqib olduğu bir vaxtda biz heç nədən qorxmamalıyıq. Mən, hətta ona dua ilə müraciət etməyə cəsarət etdim ki, səni mənim gözlərimdən uzaqlaşdırsın. Allah mənim xahişimi və duamı rədd etdi və məhəbbətimin yaşaması hesabına əzab çəkmək yolu ilə mənim cəzamı davam etdirdi. Beləliklə, mən sənin andlarına bənzər təqsiri daşıyıram və həyatımın bütün günlərində işgəncəyə məruz qalmalıyam.

Hər ikimiz məhəbbət təqsirinin qurbanları kimi görünürüksə, bu məhəbbət bizim əsl adətlərimizdə isə təhqir kimi görünür və bizim bir-birimizə vurğunluğumuz pozğunluqdur, bunlar məni dəhşətə gətirir və titrəməyə məcbur edir.

O vaxta qədər ki, mərhəmət tərəfindən bizə işıq salınır, biz deyə bilərik ki, məhəbbət zəhərdir və sərxoşluqdur.

Allah öz varlığı ilə adamlara onların bədbəxtliklərini yumşaltmaq üçün ənam verə bilər. Mən sənə yazdım, sən isə mənə heç bir cavab vermədin, onda sənin ürəyin bağlı imiş, lakin sənin ərinin bu bağının qapısı indi açılmışdır. O, (Allahı nəzərdə tutur - tərcüməçi) oradan çəkilmişdir ki, səni tək qoysun. Səndən uzaqlaşmaqla O, səni mühakimə etmişdir. Onu geri çağır və çalış yenidən Onu əldə edəsən. Biz Allahın köməyinə malik olmalıyıq, bununla biz öz zəncirlərimizi qıra bilərik. Biz özümüzü azad etmək üçün çox dərin məhəbbətdəyik. Biz həmişəlik gənc olmamağımıza görə təskinlik tapmalıyıq. Bizdən sonra kimlər ki, belə hərəkət edəcəkdir, onlar özlərini az təqsirkar hesab edəcəklər. Biz tövbəsi gecikən cinayətkarlarıq, qoy bunu səmimi etiraf edək. Gəl, biz etdiyimiz şər işləri nə qədər mümkünsə, düzəldək və qoy cinayətlərimizə şahid olan Fransa bizim tövbəmizdən heyrətlənsin. Qoy biz ürəklərimizdən gələn bu qurbanı verməklə  xəcalətdən qızaraq və ağlayaq. Əgər bu zəif başlanğıclarda, ey Allah, bizim ürəklərimiz bütünlüklə Səninki deyilsə, qoy onlar ən azı nə etmək lazım olduğunu hiss etsinlər.

(Ardı var)

 

 





29.03.2023    çap et  çap et