525.Az

İsrailin XİN başçısı: "Azərbaycan strateji tərəfdaşımızdır"


 

İsrailin XİN başçısı: "Azərbaycan strateji tərəfdaşımızdır"<b style="color:red"></b>

"Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir".

525.az "Report"a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir:

“Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”, - nazir vurğulayıb.

 





29.03.2023    çap et  çap et