525.Az

Milli Kitabxanada “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub


 

Milli Kitabxanada “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub<b style="color:red"></b>

1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımından 105 il ötür. Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar.

Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.

Mart soyqırımına hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1998-ci il martın 26-da ulu öndər “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə bağlı kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/31_Mart_Soyqirimini_unutmadiq/index.htmistifadə edə bilərlər.
 

 





29.03.2023    çap et  çap et