525.Az

“Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib


 

“Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib<b style="color:red"></b>

Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının  Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin 160 illik yubileyi münasibətilə hazırlanan “Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsaiti virtual rejimdə  istifadəçilər üçün təqdim edilib.        

525.az xəbər verir ki, vəsaitin əvvəlində F.Köçərlinin  müdrik deyimləri və görkəmli şəxslərin F.Köçərli haqqında fikirləri yer alıb. Giriş hissəsində isə F.Köçərlinin fəaliyyətindən bəhs edilib. Tövsiyyə biblioqrafiyasında 2014-2022-ci illərdə F.Köçərli haqqında yazılan kitablar, məqalələr və s. materiallar yerləşdirilib.                                                                                                                                       
Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub.

Tövsiyə vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz:
 https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/firidun-b-y-koc-rli-160

 





29.03.2023    çap et  çap et