525.Az
Şirvanda iki avtomobil yanıb
Şirvan şəhərində vətəndaşa məxsus "MAZ" markalı avtokranın təkərləri və salonu yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın saat 10:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər avtomobil yanğın hadisəsi də Şirvan şəhərində baş verib. "Mercedes" markalı minik avtomobilinin mühərrik hissələri yanaraq, kül olub. Avtomobilin qalan hissəsi isə yanğınsöndürənlər tərəfindən saat 11:32-də söndürülüb.
15.07.2014
çap et