525.Az

"ATC Launchpad" özlüyündə bir ekosistem olmağı hədəfləyir - Ömər Qurbanəli


 

"ATC Launchpad" özlüyündə bir ekosistem olmağı hədəfləyir - <b style="color:red">Ömər Qurbanəli</b>

StartUp platformalarına dəstək məqsədilə yaradılan "ATC Launchpad/ ATCP" kriptovalyutası yeni inkişaf yoluna qədəm qoyub. Kriptovalyutanın əsas məqsədi StartUp platformalarına dəstək olaraq birlikdə böyüməkdir.

Bu sözləri "525.az"a açıqlamasında kriptovalyutalar üzrə ekspert, blokçeyn startapçısı Ömər Qurbanəli deyib.

Onun sözlərinə görə "ATC Launchpad/ ATCP" özlüyündə bir ekosistem olmağı hədəfləyir.

O, öz StartUpları ilə yanaşı, yatırımçılarının da proyektlərini, vahid ekosistemdə dəstəkləyəcəyini vurğulayıb: "Şərt isə çox sadədir, gələcəkdə onların onlayn platformalarında ATCP-nin ödəmə və ya "cash back" olaraq qəbul edilməsi və yaxud bu platformaların öz fərdi tokenlərini çıxarmaq istədikdə, həmin kriptovalyutaların ilk olaraq ATCP üzərindən launchpad olunmasıdır. Əsas odur ki, partnyor olmaq istəyən proyektlər gündəmə uyğun olsun və hər hansi bir (texnoloji və ya iqtisadi) problemin həllinə bərabər olsun. Sentyabra qədər Türkiyə qeydiyyatlı, fərqli funksionallığı ilə seçilən bir e-ticarət platformasının da, bunlar arasına qatılacağı planlaşdırılır. Sözügedən şirkətdə referralçılar öz qazanclarını ATCP vasitəsi ilə birjalar üzərindən nağdlaşdıra biləcəklər. Qarşıdakı 3 il ərzində 20-ə yaxın StartUp platformanın "ATC Launchpad" ekosistemininə qoşulacağı gözlənilir ki, bunların da, çoxu qlobal proyektlərdir. İlkin məlumat almaq istəyənlər vaxtaşırı təqdimat platformasını ziyarət edə bilərlər. ATCP mərhələli şəkildə Coinsbit, Gate, Mexc, Kucoin və Huobi kimi birjalara girməyi öz yol xəritəsində qeyd edir".

Bunun üçün iki dəfə Antalyada keçirilən qlobal konfransında sərgidə  ATC və spiker kimi çıxış edən lahiyə rəhbəri Ömər Qurbanəli müvafiq görüşlər keçib, layihəni birjalara təqdim edib, onların tələblərini öyrənib: "Hazırda, dəyəri ucuz, kapitalizasiyası daha aşağı, hələ məşhurlaşmamış ancaq lahiyəsi mövsümə uyğun, komandası peşəkarlardan ibarət kriptovalyutalar bütün dünyanın diqqətindədir. Bitcoinin 28 min dollar olduğunu nəzərə alan, Binance coinin (BNB) bu günə qədər 1000 dəfədən də çox dəyərləndiyini görən kiçik yatırımçılar ən ucuz, eyni zamanda uzunmüddətdə prespektivli kripto proyektləri araşdırırlar. Yatırım etməyə imkanı olmayanlar isə xüsusi tapşırıqları yerinə yetirərək, lahiyələrə dəstək olmaqla kriptopullar qazana bilirlər.

ATCP kriptovalyutasını qazanmaq istəyənlər isə onun saytına daxil olaraq, sosial şəbəkə hesablarına üzv olmalı və onu dəstəkləməlidirlər. Saytda qeydiyyatdan keçən və sosial şəbəkələrdə onu aktiv dəstəkləyənlərə zaman-zaman hədiyyə tokenlər veriləcəkdir. Bundan başqa onlayn oyunlar oynaraq və ya  partnyor platformalardan cash back, eyni zamanda referal bonuslar yolu ilə də ATCP qazanmaq mümkün olacaq".

Havar Şəfiyeva

 





29.03.2023    çap et  çap et