525.Az

Jurnalistlərin peşə bayramının qeyd edilməsi üçün yer ayrılıb


 

Jurnalistlərin peşə bayramının qeyd edilməsi üçün yer ayrılıb<b style="color:red"></b>

İyulun 22-də milli mətbuatın 139 illiyi ilə bağlı bayram tədbiri Bakının 8-ci kilometr qəsəbəsində yerləşən “Altun saray” şadlıq evində keçiriləcək.

Bunu “Media forum” saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Vüqar Səfərli bildirib ki, tədbirdə milli mətbuatın 139 illiyi ilə bağlı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin və Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının qalibləri mükafatlandırılacaq.

Tədbir axşam saat 8-də başlayacaq. Tədbirdən öncə Fəxri xiyabanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin və mərhum prezident Heydər Əliyevin məzarları ziyarət olunacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media forum”a bildirib ki, Ali Media Mükafatının verilməsi qaydalarında hər hansı dəyişiklik yoxdur.

Bir qayda olaraq Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə bir, 2-ci dərəcəsi üzrə üç, 3-cü dərəcəsi üzrə beş laureat müəyyənləşdirilir. Laureatlara Mətbuat Şurasının diplomları və pul mükafatları verilir.

Hər il 22 İyul Azərbaycan Jurnalistikası Günü ərəfəsində təqdim edilən Ali Media Mükafatını Mətbuat Şurası 2010-cu ilin iyununda təsis edib. Mükafat 2011-ci ildən verilir.

 





15.07.2014    çap et  çap et