525.Az

Tələbə-jurnalistlərə yeni mediaya dair tövsiyələr verildi


 

Tələbə-jurnalistlərə yeni mediaya dair tövsiyələr verildi<b style="color:red"></b>

Bu gün “Divan Hotel”də Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilatçılığı ilə “Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsi çərçivəsində tədbir keçirilib.

Modern.az məlumat verir ki, müxtəlif universitetlərdə təhsil alan tələbə-jurnalistlərinin iştirakı ilə keçirilən tədbirdə klassik media və yeni media məsələləri müzakirə edilib.

Yeni media sahəsində bilgilərini və tövsiyələrini gənc jurnalistlərlə  bölüşmək üçün mətbuat nümayəndələrimiz də tədbirə qatılıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, artıq jurnalistikada dönüş yaradılır. Müxtəlif saytlar açılır və sosial şəbəkələr də əvvəlki illərə baxanda daha da ciddiləşir və xəbər mənbəyinə çevrilir. “10 ildir bu mövzudakı mübahisələr gedir. Klassik media daha çox araşdırma və təhlil materialları ilə işləməlidir. Yeni media isə operativ informasiya çatırmalıdır”.

“Xalq Cəbhəsi”qəzetinin baş redaktoru Elçin Mirzəbəyli yeni mediada informasiya yayımı zamanı  məsuliyyətli və peşəkar olmağın vacibliyini vurğulayıb.

İctimai Televiziya Yayım Şurasının sədri Cahangir Məmmədli yeni mediada balans sistemini qorumağı gənclərə məsləhət bilib. “İnformasiyanın vətəni var və çalışmalıyıq ki milli-mənəvi dəyərlərimizi qoruyaq və yaşadaq”.  

Qeyd edək ki, seminar 3 gün davam edəcək. Layihə “Gənclər Fondu”nun qrant müsabiqəsində qalib gəlib və fondun maliyyə dəstəyi ilə reallaşıb.  

 





15.07.2014    çap et  çap et