525.Az

İsrail Prezidentindən Azərbaycan XİN rəhbərinə təbrik


 

İsrail Prezidentindən Azərbaycan XİN rəhbərinə təbrik<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Prezidenti İshak Hersoq ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin ofisi tviter səhifəsində məlumat yayıb.

“Prezident İshak Hersoq bu gün iqamətgahda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Prezident onu Azərbaycanın İsraildə səfirliyinin açılması və ilk səfirin təyin olunması münasibətilə təbrik edib”, - paylaşımda qeyd edilib.

 





30.03.2023    çap et  çap et