525.Az

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu oldu


 

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu oldu<b style="color:red"></b>


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək, məzun olub.

UNEC-dən 525.az-a verilən xəbərə görə, 3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin də diplomunu əldə etmiş olacaqlar.

Beləliklə, UNEC ilə Montpellier Universitetinin ikili diplom proqramınının məzunlarının sayı 78 nəfər (2 nəfər əcnəbi tələbə olmaqla) oldu.

2023/2024-cü tədris ilində isə 15 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarə olunması” ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

Sevinc Qarayeva 

 





30.03.2023    çap et  çap et