525.Az

Mərkəzi Elmi Kitabxanada Elmi-Metodik Şura yaradılıb


 

Mərkəzi Elmi Kitabxanada Elmi-Metodik Şura yaradılıb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında illər sonra yaradılan Elmi-Metodik Şuranın ilk iclası keçirilib.

Bu barədə 525.az-a AMEA-dan bildirilib. İclası açan MEK-in baş direktoru professor Məmməd Əliyev öncə Elmi-Metodiki Şuranın yaradılması haqqında AMEA Rəyasət Heyətinin Qərarını səsləndirib. Baş direktor qeyd edib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə məktubla müraciət edərək kitabxananın istiqamətləndirilməsi, burada nəşrə hazırlanan kitabların müzakirəsinin keçirilməsi, kitabxana işində yeniliklərin təhlilinin aparılması və əməli işə tətbiqinə nəzarətin həyata keçirilməsi məqsədilə MEK-də Elmi-Metodik Şuranın yaradılması haqqında vəsatət qaldırıb. “Bu vəsatət nəzərə alınaraq, AMEA Rəyasət Heyəti tərəfindən MEK-də Elmi-Metodik Şuranın yaradılması qərara alınıb”, - deyə professor Məmməd Əliyev vurğulayıb.

Elmi-Metodik Şuranın sədri professor Məmməd Əliyev, sədr müavini icraçı direktor dosent Şəhla Quliyeva, elmi katib Kataloqlaşdırma şöbəsinin əməkdaşı Şəbnəm Rüstəmovadır. İclasda Elmi-Metodik Şuranın üzvləri gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.

Sevinc Qarayeva 

 





30.03.2023    çap et  çap et