525.Az

İranda daşqınlar nəticəsində 3 nəfər ölüb


 

İranda daşqınlar nəticəsində 3 nəfər ölüb<b style="color:red"></b>

İranın cənubundakı Kirman vilayətində güclü yağışlardan sonra baş verən seldə 3 nəfər həyatını itirib.

525.az İran İşçi Xəbər Agentliyinin (İLNA) verdiyi məlumata istinadən bildirir ki, Kirman Qızıl Aypara Cəmiyyətinin direktoru Rza Fellah əyalətin 6 kəndinə təsir edən sel haqqında məlumat verib. 

Fellah: "Kirman vilayətinin Ciruft rayonunda seldə 3 nəfər həyatını itirib. Üçüncü şəxsin cəsədi Abgerm kəndinin çayında tapılıb", - deyib. Bölgəyə çoxlu sayda axtarış-xilasetmə qrupunun göndərildiyini bildirən Fellah, suyun çəkilməsi və yardım işlərinin davam etdiyini qeyd edib.

Malik Atilay

 





30.03.2023    çap et  çap et