https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

UEFA-dan türk klublarına cəza

UEFA-dan türk klublarına cəza

UEFA Türkiyənin "Fənərbaxça", "Trabzonspor" və "Sivasspor" klublarını cəzalandırıb.

525.az xəbər verir ki, Konfrans Liqasının 1/8 finalında "Sivasspor" - "Fiorentina" matçında (1:4, 0:1) ev sahibi komandanın bir azarkeşi meydana daxil olmuş, rəqib futbolçuya hücum etmişdi. Buna görə də "Sivasspor" qarşıdakı 1 avrokubok oyununu azarkeşsiz keçirəcək. Komandanın futbolçusu Hakan Arslan isə UEFA oyunları daxil olmaqla 3 matçlıq cəzalandırılıb.

"Fənərbaxça" 44 min avro cərimələnib və növbəti avrokubok oyununda tribunaların ən az 5 min nəfərlik qismini bağlamalı olacaq. Buna səbəb Avropa Liqasının 1/8 finalının "Sevilya" ilə cavab oyununda (1:0, 0:2) komandanın azarkeşlərinin meydana yad əşyalar atmasıdır.

"Trabzonspor" isə 20 min avro məbləğində cərimələnib. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.