525.Az

Sosial media təhlükəsizliyin qorunması qlobal problemdir - Ələmdar Manafov


 

Sosial media təhlükəsizliyin qorunması qlobal problemdir - <b style="color:red">Ələmdar Manafov</b>

"Azərbaycanda sosial media istifadəçilərinin əksəriyyəti bir çox problemlərlə üzləşir. Bu onların sosial şəbəkələrindən düzgün istifadə etməməsi ilə bağlıdır. Çünki profil şəkli, email adresi, telefon nömrəsi və s. kimi  hesablarındakı məlumatlar doğru daxil edilmir".

Bu sözləri "525.az"a açıqlamasında Sosial Media Marketinq (SMM) mütəxəssisi Ələmdar Manafov deyib.

O, eyni zamanda sosial media hesablarımızdakı təhlükəsizlik üsullarından da söz açıb: "Sosial mediada təhlükəsizliyi dedikdə, hesabda email adresi, telefon nömrəsi doğrulanmalı və əlavə olaraq 2 faktorlu doğrulama aktiv edilməlidir. Bu nə üçün lazımdır? Əgər bir telefon və kompüter istifadə ediriksə, artıq sosial media bizi tanıyır, 2-ci telefon və ya kompüter ilə daxil olduğumuz zaman artıq email adresinə və telefon nömrəsinə kod göndərib kimliyimizi təsdiq edir.

Əgər hesabımız oğurlansa, biz həmən sosial media hesabının dəstək bölməsi ilə əlaqə saxlaya, həm də hesab haqqında məlumatları doğru verdiyi zaman hesabımızı geri əldə edə bilərik.

Sosial mediada parol çətinliyi dünya üzrə global problemdir. Çünki istifadəçilərin çoxu öz adlarından, doğum tarixlərindən yaxın insanların adından istifadə edirlər və bu da dələduzlar üçün hesabları oğurlamağa asanlaşdırır. Belə hallarda parol seçərkən qarışıq hərf və rəqəmlərdən istifadə etməliyik. Qarşımıza bir sıra linklər çıxır ki, orda yazılan təkliflər inandırıcı olması üçün Brend şirkət adlarından istifadə edilir və beləcə istifadəçilərin çox bu tələyə düşür".

Havar Şəfiyeva

 





30.03.2023    çap et  çap et