525.Az

Dünya Bankının prezidentliyinə yeganə namizəd Ajay Banqa


 

Dünya Bankının prezidentliyinə yeganə namizəd Ajay Banqa<b style="color:red"></b>

Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası sadəcə ABŞ-nin namizədi Ajay Banqanın namizədliyini nəzərdən keçirəcək, çünki qrupa rəhbərlik etmək üçün başqa namizəd irəli sürülməyib. 

525.az Dünya Bankının yaydığı bəyanata əsasən bildirilir ki, Dünya Bankı Qrupunun prezidentliyinə namizədlərin irəli sürülməsi müddəti martın 29-da başa çatıb.

Bəyanatda sözügedən vəzifəyə yalnız bir nəfərin namizəd olduğu qeyd edilib. 

Açıqlamada prosedurlara uyğun olaraq prezidentliyə namizədlə rəsmi müsahibənin keçiriləcəyi, sədr seçkisinin vaxtında başa çatdırılmasının gözlənildiyi bildirilib.

Qeyd edək ki, Dünya Bankının prezidenti Devid Malpass fevral ayında dörd illik vəzifəsindən istefa verəcəyini açıqlamışdı. Malpassın qərarından sonra ABŞ prezidenti Co Bayden Mastercard-ın keçmiş baş icraçı direktoru (CEO) Ajay Banqanın Dünya Bankının prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Malik Atilay

 





31.03.2023    çap et  çap et