525.Az

Milli Kitabxanada “31 Mart soyqırımını unutmadıq” adlı tədbir, ənənəvi kitab sərgisinin və Elektron məlumat bazasının təqdimatı keçirilib


 

Milli Kitabxanada “31 Mart soyqırımını unutmadıq” adlı tədbir, ənənəvi kitab sərgisinin və Elektron məlumat bazasının təqdimatı keçirilib<b style="color:red"></b>

Martın 31-də Milli Kitabxanada “31 mart Soyqırımını unutmadıq” adlı tədbir, ənənəvi kitab sərgisinin və Elektron məlumat bazasının təqdimatı keçirilib. 

525.az xəbər verir ki, tədbir soyqırım qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə ilə açılıb.

Qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. 

Soyqırım nəticəsində on minlərlə azərbaycanlı erməni silahlı dəstələri tərəfindən amansızcasına öldürülüb.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə Mart soyqırımına hüquqi-siyasi qiymət verildi. 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan ”31 Mart Azərbaycanlıların soyqırımı günü” adlı elektron məlumat bazası (http://anl.az/soyqirim/) nümayiş olundu.  Elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər  Mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya”, “Soyqırım yaddaşlarda” adlı bölmələrdən ibarətdir.

Sonda tədbir iştirakçıları və qonaqlar “31 Mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı sərgi ilə tanış oldular.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.


 

 





31.03.2023    çap et  çap et