525.Az

Gəncədə 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib


 

Gəncədə  31 mart soyqırımı ilə bağlı tədbir keçirilib<b style="color:red"></b>

Gəncədə  “31 mart - Azərbaycanliların soyqırımı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli ElmlərAkademiyası Gəncə Bölməsi tərəfindən təşkil olunub.

Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açılış nitqində 31 Mart – Azərbaycanlıların soyqırımı gününün tariximizin ən qanlı səhifələrindən olduğunu, və bu hadisənin 1918-ci ildə millətimizin  yenicə formalaşmağa başlamış müstəqillik ideyasını boğmaq, Azərbaycanlıları qətlə yetirməklə onların əzəli torpaqlarına sahib çıxmaq və bu coğrafiyada etnik tərkibi öz siyasi planlarına uyğun şəkildə dəyişdirmək  məqsədilə bolşevik-daşnak alyansı tərəfindən qabaqcadan düsünülmiş terror aktı olduğunu diqqətə çatdırıb. F.Əliyev milətimizin qan yaddaşının ən ağır və ibrətli anlarından olan 31 Mart tarixinin əsl siyasi statusunun Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını vurğulayaraq, Ümummilli Liderin  ölkəmizin başçısı kimi 1998-ci il martın 26-da imzaladığı fərmanı ilə həmin tarixin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunduğunu bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev öz çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü kimi rəsmiləşdirilməsinin millətimizin tarixin dərslərindən lazımi ibrət götürərək, düşmənlərimizin niyyətlərini hər an dəf etməyə hazır olması zərurətindən irəli gəldiyini qeyd edib. A. Tağıyev bu xüsusda, 20-ci əsrdə – 1905-ci, 1917-18-ci, 1948-52-ci, eləcə də 1988-93-cü illərdə illərdə ermənilərin xalqımıza qarşı öz məkrli niyyətlərini, qəsbkarlıq və terror əməllərini sistemli şəkildə həyata keçirdiklərinə diqqət çəkərək, unutqanlığı təhlükəsizliyimiz üçün təhlükə kimi dəyərləndirib. A. Tağıyev həmçinin qeyd edib ki, dövlətçiliyimizin qorunması və ona qarşı məkrli planların qarşısının alınması üçün  Heydər Əliyevin formalaşdırdığı strateji xəttin davamının ən yüksək təzahürü Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı və xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq, düşmənə sarsıdıcı zərbə vurulması olmuşdur.

Təbbirə qonaq kimi qatılan ziyalı-alim, Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev öz çıxışında tarixi qələbəmizin nəticələrinin və inkişafımızın təminatı, ölkəmizin daha da çıçəklənməsi üçün hər bir vətəndaşımızın öz üzərinə düşən vəzifələri dərk etməsinin zəruri olduğunu vurğulayıb.

Dəyirmi masada “Soyqırımlar tarixi arxiv sənədlərində”, “31 Mart soyqırımı xarici jurnalistlərin gözü ilə”, “Mart soyqırımı mətbuat səhifələrində”, “XX əsrdə törədilmiş soyqırımların tarixi şərtləri” və “Arxiv və kitabxanalarda qorunan, soyqırımlara aid mənbələr”  mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Zakir MURADOV
Gəncə

 

 





31.03.2023    çap et  çap et