525.Az

"Ermənistanın öhdəliklərini yerinə yetirməməsi bölgədə sülhə təhdid yaradır" - Xələf Xələfov


 

"Ermənistanın öhdəliklərini yerinə yetirməməsi bölgədə sülhə təhdid yaradır" - <b style="color:red">Xələf Xələfov</b>

Azərbaycan xarici işlər nazirinin müavini Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürsta postmünaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib.

525.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi, dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması istiqamətindəki təşəbbüsləri barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda Ermənistan tərəfindən törədilən təxribatların, xüsusilə də üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinin bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.

 





31.03.2023    çap et  çap et