525.Az

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb


 

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb<b style="color:red"></b>


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti aprel 20-si saat 23:59-dək uzadılıb.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə oluna bilər.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya [email protected] ünvanına müraciət etmək olar.

Sevinc Qarayeva

 





31.03.2023    çap et  çap et