525.Az

Baş Prokurorluğun nümayəndəsi Strasburqda iclasda iştirak edib


 

Baş Prokurorluğun nümayəndəsi Strasburqda iclasda iştirak edib<b style="color:red"></b>

Martın 30-31-də Strasburqda Avropa Şurasının Nifrət cinayətləri üzrə ekspert komitəsinin 3-cü iclası keçirilib.

Bu barədə 525.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov prokurorluq orqanlarında aparılan islahatlar çərçivəsində nifrət zəminində baş verən cinayətlərə, həmçinin məişət zorakılığı, qadınlara, azyaşlılara və cinsi azlıqlara qarşı şiddət və zorakılıqla mübarizə sahəsində görülən qanunvericilik və praktiki tədbirlər haqda danışıb.

Müzakirələr nəticəsində Komitə tərəfindən Şuranın Nazirlər Komitəsinə nifrət cinayətlərinə qarşı mübarizəyə dair tövsiyə və təlimat layihəsi hazırlanıb.

 





31.03.2023    çap et  çap et